Sahibə Qafarova Simonyanla görüşündən danışdı
    • 29-03-2024, 11:32
    • 189

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Sahibə Qafarova Cenevrə şəhərinə səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla da görüşüb.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri bildirib.

Spiker qeyd edib ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib.