Ərdoğanın ABŞ-yə səfər tarixi AÇIQLANDI
    • 29-03-2024, 15:26
    • 140

Ərdoğanın ABŞ-yə səfər tarixi AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a rəsmi səfər edəcək.

News24.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşərək qarşıdan gələn səfərin təfərrüatlarını müzakirə edəcək.

Görüş zamanı ikitərəfli münasibətlər, Ukrayna və Qəzza zolağı münaqişələri, Kürdüstan Fəhlə Partiyasının fəallarına qarşı mübarizə, həmçinin prezident Ərdoğanın ABŞ-a səfəri müzakirə olunacaq. .