Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb
    • 29-03-2024, 15:59
    • 176

Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb

Tovuzda bədbəxt hadisə baş verib.

News24.az bildirir ki, hadisə rayonun Papaqçılar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Nemət Abbasov kənd ərazisindəki transformatora müdaxilə edən zaman cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.