-
- 29-03-2024, 20:00
- 271
BMT-nin 171 əməkdaşı həyatını itirdi
Qəzzadakı vəziyyətlə bağlı BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyindən (UNRWA) açıqlama verilib.
News24.az xəbər verir ki, İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında UNRWA-nın 171 əməkdaşının həyatını itirdiyi bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Qəzzadakı xəstəxanaların üçdə ikisi fəaliyyət göstərmir. Qəzza zolağında gözlənilən aclığa baxmayaraq, bölgəyə çatdırılan humanitar yardımın həcmində ciddi dəyişiklik yoxdur.
Açıqlamada, 1-27 mart tarixləri arasında Kərəm Əbu Səlim və Rəfah Sərhəd Qapılarından Qəzzaya orta hesabla 159 humanitar yardım maşınının daxil olduğu və bu sayın sərhəd qapılarının tutumundan aşağı olduğu qeyd edilib.
Günel Məlikzadə