-
- 30-03-2024, 10:21
- 227
Şirvanda DƏHŞƏT: 9 aylıq uşaq nəfəs çatışmazlığından öldü
Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.
News24.az APA-ya istinadla bildirir ki, Şirvan sakini Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi qeyd edilir.
Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.
Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib.
Faktla bağlı Şirvan prokuroluğunda araşdırma aparılır.