-
- 23-01-2023, 16:01
- 241
Şəkidə 5 yaşlı uşağın ölümün SƏBƏBİ ARAŞDIRILIR
Şəkidə 5 yaşlı uşağın həkim səhlənkarlığı nəticəsində öldüyü iddia olunur.
News24.az xəbər verir ki, bu barədə iki gün əvvəl Şəki Mərkəzi Xəstəxanasında vəfat edən Zəhra Eyvazlının yaxınları məlumat verib.
Azyaşlının dayısı Akif Məmmədovun sözlərinə görə, Zəhra nəfəs çatışmazlığından deyil, tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişib:
“Həmin gün xəstəxanada həkim tapılmadığı üçün Zəhraya tibb bacısı süstem köçürdü. Evə qayıdandan sonra uşağın temperaturu yüksəldi, qanında parçalanma yarandı. İlkin rəy veriblər ki, uşaq nəfəs çatışmazlığından vəfat edib. Biz hesab edirik ki, ölümə səbəb tibb bacısının köçürdüyü sistem olub. Həmin vaxt xəstəxanada həkim olsaydı bəlkə də belə olmazdı”.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.