Britaniya ordusunda 100 illik qadağa ləğv edilir
    • 30-03-2024, 11:07
    • 182

Britaniya ordusunda 100 illik qadağa ləğv edilir

Britaniya ordusunda 100 illik qayda dəyişdirilir.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən artıq ordudaki əsgər və zabitlərə saqqal saxlamağa icazə veriləcək.

Ordu rəhbərliyi bu siyasətin yeni əsgərləri cəlb etməyə kömək edəcəyinə ümid edir. Bildirilib ki, saqqal və bığlar səliqəli, baxımlı olmalıdır və bu, müntəzəm olaraq yoxlanılacaq.

Müdafiə naziri Qrant Şapps keçən il mediaya verdiyi müsahibədə orduda saqqal saxlamağın qadağan edilməsinin gülünc olduğunu bildirmişdi və o, qurumu modernləşdirməyə çağırış etmişdi.

Kral Hərbi Dəniz Qüvvələrində uzun müddətdir ki, saqqal saxlamağa icazə verilir və Hava Qüvvələrində 2019-cu ildə saqqal qadağası ləğv edilib. Lakin Britaniya ordusu indiyə qədər yalnız sağlamlıq, dini və ya əməliyyat səbəblərinə görə saqqala icazə verirdi.

Qeyd edək ki, Danimarka, Almaniya və Belçika kimi bir neçə Avropa ölkəsinin ordusu əsgərlərə saqqal saxlamağa icazə verir.