-
- 9-04-2022, 21:05
- 382
Kişilərin ən çox seçdiyi estetik əməliyyat
Son 10 ildə kişilər saqqallarının kişilik və yaraşıqlılıq simvolu olduğunu düşünməyə başlayıblar. Saqqalsızlıq və ya seyrək saqqal bəzi kişilərdə özünə inamsızlıq yaradıb.
Bu səbəblə kişilər estetik toxunuşlar arasında ən çox saqqal və bığ əkdirməyə üstünlük verirlər.
Belə ki, kişilərin estetik məqsədlə həyata keçirdikləri prosedurlar arasında saqqal əkimi saç əkilməsindən sonra ikinci yerdədir. Başın arxasındakı donor nahiyədən və ya saqqalın sıx olduğu çənə altı nahiyəsindən alınan köklər saqqal və bığ nahiyəsində heç vaxt çıxmamış nahiyələrə köçürülür. Təxminən 6-8 saat davam edən bu əməliyyat lokal anesteziya tətbiq edildikdən sonra demək olar ki, ağrısız keçir.
Saqqal və bığ transplantasiyasından sonra görünən böyük çapıq qalmır və sağalma prosesi olduqca sürətli olur. Dərinin qızartı, şişkinliyi və quruluğu kimi müvəqqəti simptomlar meydana gələ bilər. Lakin bu əlamətlər bir neçə gün ərzində tamamilə yox olur. Saç əkilməsindən fərqli olaraq transplantasiya edilən sahə üz bölgəsi olduğuna görə ilk 2-3 gündə şişlik ola bilər.
Ancaq prosesdən sonra tövsiyələrə əməl etməklə, dərmanlardan istifadə və buz tətbiq etməklə bu simptomlar minimuma endirilir. Əməliyyatda üz müalicə olunduğu üçün kürəyi üstə yatmaq vəziyyəti ən vacib şərtlərdəndir. Şəxs uyğun vəziyyətdə yatmalı və transplantasiya edilən sahəni qorumalıdır.
Saqqal transplantasiyasının üstünlüklərindən biri də insanın üzünə uyğun modelin seçilməsidir. Bu planlaşdırma çərçivəsində saqqal transplantasiyası həyata keçirilir və insan bundan ömür boyu istifadə edə bilər.
Saqqal və bığ transplantasiyası saqqalı olmayanlara, saqqallarının seyrəkliyindən şikayəti olan və ya zədə səbəbindən nahiyəsində saqqalını itirmiş şəxslərə tətbiq oluna bilər. Bu prosedur çapıqların və yanıq izlərinin bağlanmasında da təsirlidir. Saqqal transplantasiyası üçün şəxsin 18 yaşına qədər gözləməsi tövsiyə olunur. Hormonal pozğunluğu olan, ürək və şəkər xəstəliyi olan şəxslər həkim müayinəsindən sonra prosedurdan yararlana bilərlər.
Saqqal transplantasiyası ilə insan gur və təbii görünən saqqala sahib ola bilər. Əməliyyatdan sonra şəxs saqqalını istədiyi kimi qırxıb forma verə bilər.
Lakin məliyyatdan sonra adamın işə qayıtması 1 həftəyə qədər çəkə bilər. 2-3 həftə ərzində dəri sağalacaq, saqqallar uzanacaq və formalaşacaq, şişkinlik azalacaq, qızartı azalacaq. /Teleqraf.com/