Həyat yoldaşı generalı məhkəməyə verdi
    • 30-03-2024, 13:41
    • 250

Həyat yoldaşı generalı məhkəməyə verdi

Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib.

News24.az unikal-a istinadla xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.