Məşhur müğənnidən qəribə açıqlama -
    • 30-03-2024, 20:39
    • 244

Məşhur müğənnidən qəribə açıqlama - "Sevgilim yadplanetlidir, 100 yaşı var"

Son zamanlar astral səyahət etməsi ilə bağlı verdiyi açıqlamalarla gündəmdən düşməyən türkiyəli müğənni Yusuf Güney daha bir maraqlı fakir səsləndirib.

News24.az Lent.az-a istinadən xəbərinə görə, o, qatıldığı teleproqramlardan birində Andromeda Qalaktikasındakı planetlərdən birində sevgilisinin olduğunu bildirib.

Yusuf “Yerdə sevgilim yoxdur. Andromedada bir qadına aşiqəm. O planetin insanları 900 il yaşayırlar, mənim sevgilimin 100 yaşı var, yerlə müqayisə eləsək, təxminən 20 yaş sayıla bilər” deyib.

Onun bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb.