“Həyatım təhlükədədir…” -Məşhur müğənnidən qorxan kimdir?
    • 8-09-2018, 12:10
    • 934

“Həyatım təhlükədədir…” -Məşhur müğənnidən qorxan kimdir?

Türkiyəli müğənni Yusuf Güneylə memarlıq şirkəti arasında qalmaqal yaşanıb. Bir müddət bundan əvvəl sənətçi Sarıyerdəki villasının təmiri üçün şirkət sahibi Süleyman Güdül ilə müqavilə imzalayıb. 

Əvvəlcə, evdə rəngləmə işləri həyatı keçirilib. Yusuf daha sonra onlardan başqa təmir işlərinin görülməsini tələb edib. 

Sonda xidmət haqqı kimi 19 min TL yox, 7 min 500 lirəlik ödəniş edib. “WhatsApp”da Yusufla S. Güdül mübahisə edib.

Şirkət sahibi müğənninin onu təhdid etdiyini iddia edərək polisə şikayətçi olub. 

Güdül “Həyatım təhlükədədir. Başıma bir iş gələrsə, şübhəli Yusuf Güneydir” deyib. Yusuf Anadolu Baş Prokurorluğuna çağırılıb, ifadə verib. 
Polis faktla bağlı araşdırmaya başlayıb. 

//Qafqazinfo