-
- 31-03-2024, 09:29
- 273
Şahzadə Pasxa bayramı ilə bağlı qərarını verdi
Şahzadə Keyt Middlton xərçəng xəstəliyinə görə illik Pasxa bayramına qatıla bilməyəcək.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "İndependent" xəbər verir.
Kral III Çarlz bazar günü Windsor sarayındakı Müqəddəs Georgi kilsəsində Pasxa mərasimində iştirak edəcək, lakin həyat yoldaşı Kamilla ilə ayrıca oturacaq. Şahzadə Uilyam və Keyt Middlton Pasxa bayramını buraxacaqlar, çünki şahzadə hazırda kimyaterapiya alır.
Martın 22-də Kate Middleton elan etdi ki, o, hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələsindədir. O, xərçəngin qarın boşluğunda əməliyyatdan sonra aparılan müayinələr zamanı aşkar edildiyini bildirib.