-
- 27-03-2024, 12:30
- 659
Keyt Middltonun "lənətli" üzüyü
Uels şahzadəsi Kate Middleton 2024-cü ilin iyununda Şahzadə Uilyam ilə evliliyinin 13-cü ildönümünü qeyd edəcək.
News24.az xəbər verir ki, Keyt və Uilyam 13 il əvvəl evlənəndə Diananın nişan üzüyü Keytə taxılıb və o vaxtdan bəri onun barmağında olub.
Keyt üzüyü taxdığı və kral ailəsinin ən böyük gəlini olandan bəri şahzadə Diana ilə müqayisə edilir.
Onun geyindiyi geyimdə, görünüşündə, davranışında və hətta sözlərində Diananın izlərini daşıdığına inanılır.
Üzüyün davamlı olaraq barmağında olması Keytin şahzadə Diananın ruhu ilə yaşadığı və onun lənətindən qurtula bilmədiyi iddialarını ortaya çıxarır.
Gözəl olsa da, bu sapfir daşının hekayəsi qaranlıqla doludur.
Qeyd edək ki, bu ləl-cəvahirat 18 karatlıq ağ qızılla bəzədilmiş 14 brilyantla əhatə olunmuş oval sapfir üzükdür. İlk dövrlərdə üzüyün 28.000 funt sterlinq dəyərində olduğu təxmin edilir. Onun hazırkı qiyməti 390 min sterlinqə yüksəlib.
Üzüyün ilk sahibi faciəvi avtomobil qəzasında dünyasını dəyişən şahzadə Diana olub. Şahzadə Çarlz 1981-ci ildə Dianaya evlənmə təklifi edərkən üzüyü ona hədiyyə etmişdi.
Şahzadə Diananın vəsiyyətnaməsində belə bir ifadə yer alır: “Mən bütün zinət əşyalarımı oğullarıma ayırmaq istəyirəm ki, vaxtı gələndə həyat yoldaşları onları qəbul etsin”.
Diananın vəsiyyəti 2010-cu ildə Uilyam Keytə kral ailəsindəki ən məşhur üzüyü istifadə etməyi təklif edəndə gerçəkləşdi.
Günel Məlikzadə