Qəbələ sakinini ilan sancdı
    • 31-03-2024, 10:22
    • 142

Qəbələ sakinini ilan sancdı


Qəbələ sakinini ilan sancıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.