Gənci ilan SANCDI
    • 16-05-2020, 22:59
    • 1 093

Gənci ilan SANCDI

Samuxda gənc oğlanı ilan sancıb.

News24.az xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Roman Rasim oğlu ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Babayevi ilan şəxsi təsərrüfatda işləyən zaman sancıb./APA /