Könül Xasıyeva ilə bağlı nə baş verib? - FOTO
    • 31-03-2024, 16:30
    • 223

Könül Xasıyeva ilə bağlı nə baş verib? - FOTO


Xalq artisti Könül Saravanan adından dələduzluq edilib.News24.az  Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında paylaşıb. O, konsertinə dəstək məqsədi ilə bəzi şəxslərdən pul yığıldığını vurğulayıb.

"Əziz muğam sevər xalqımız, bizdə (ansabl olaraq) olan məlumata görə, bəzi "insan"lar konsertimiz öncəsi bizim adımızdan istifadə edib, guya "konsertə dəstək məqsədi ilə" müəyyən şəxslərdən pul qoparırlar. Belə "insan"lara inanmamağı xahiş edirik" deyə, müraciətdə yazılıb.

Qeyd edək ki, K.Xasiyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı solo konsert verməyə hazırlaşır.