Taysonun qulağı formasında konfet buraxıldı
    • 31-03-2024, 16:50
    • 258

Taysonun qulağı formasında konfet buraxıldı


Boksçu Mayk Taysonun qulağına bənzər marixuana saqqızları artıq Nyu-York mağazalarında satışa çıxarılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb .

Marmeladın forması keçmiş boksçunun 1997-ci ildə Evander Holifildlə döyüşünü xatırladır, o zaman Tayson rəqibinin qulağının bir hissəsini dişlədiyi üçün diskvalifikasiya edilib.

Şirniyyatlar "Mike Bites" brendi ilə satılır və bloger Ceyk Pol ilə döyüşdən əvvəl buraxılıb. 57 yaşlı Tayson rinqə 20 iyul 2024-cü ildə qayıdacaq.

Bundan əvvəl Mayk Tayson Netflix- ə verdiyi müsahibədə məşhur bloqqer Ceyk Paulu nokaut etməyi planlaşdırdığını bildirmişdi.