Tayson təyyarədə onu bezdirən fanatını döydü - VİDEO
    • 22-04-2022, 00:18
    • 373

Tayson təyyarədə onu bezdirən fanatını döydü - VİDEO

Məşhur boksçu Mayk Tayson qalmaqalla gündəmə gəlib. O, Floridaya uçarkən təyyarədə bir nəfəri döyüb.

News24.az xəbər verir ki, San Fransisko Beynəlxalq Hava limanından səyahətə çıxan boksçu öncə onunla şəkil çəkdirmək istəyən şəxsə "yox" deməyib.
Lakin daha sonra həmin şəxs hərəkətləri ilə onu təbdən çıxarıb. Sərxoş fanat boksçunun yol boyu qulağına nələrsə pıçıldayıb. Şəxsin bir neçə dəfə təkrarlanan bu kobudluğundan bezən Tayson onun sifətinə zərbələr endirib. Üz-gözündən xəsarət alan şəxsə tibbi yardım göstərilib. 
Baş verən insidenti isə təyyarədə olan sərnişinlərdən biri lentə alıb. Zərərçəkənə tibbi yardım göstərilib. O artıq polisə şikayət edib.
Taysonun özü və nümayəndələri insidenti şərh etməyiblər.