-
- 31-03-2024, 17:02
- 281
Mətanət Əsədova plastik əməliyyat etdirəcək
"Burnumu plastik əməliyyat etdirmişəm. Bu yaxınlarda bronxlarımdan əməliyyat etdirdim. O da sağlamlığım ilə əlaqədar idi. 4-5 il əziyyət çəkdim, səsim batdı. Kim telefonla məni yığırdısa, deyirdim xəstəyəm. Müğənnilərdən biri qayıdıb demişdi ki, bəsdir daha. Mən ona izah edə bilmirdim ki, səhərə qədər 10-15 dəst paltar dəyişirdim, suyun içində olurdum, yatmırdım. Bronxlarım məni o günə qoymuşdu. Səs tellərimin yanında su yığılırdı, gedirdim zob üzrə həkim şprislə onu çəkirdi, rahat olurdum, evə gəlirdim. Bir dəfə səsim ümumiyyətlə batdı. O vaxt əməliyyat oldum".
Bu sözləri müğənni Mətanət Əsədova "Həftənin qonağı" verilişində qonaq olarkən deyib.
O, plastik əməliyyat etdirəcəyini vurğulayıb:
"2009-cu ildə burnumdan əməliyyat olunmuşam. Əməliyyatdan qorxuram. Fikrim var, edim. Neçə illər mənim adımı Cennifer Lopez dedilər. Əgər bundan sonra lazım olacaqsa, əlbəttə, edəcəyəm. Niyə də etməyim? Ürəyim gedir gözəllik üçün. Ehtiyac duyduğum anda edəcəyəm. Çox gözəl də edəcəyəm. Niyə də yox? Söhbət səhnədən getmir. İnsan hər zaman aynaya baxanda daima özünü gözəl görmək istəyir. Mən də o xanımlardanam ki, istəyərəm hər zaman gözəl, gənc, baxımlı olum. Kiməsə xoş getsin deyə yox, özüm üçün. Kim olur-olsun, qarşı tərəfin fikri mənim üçün önəmli deyil.
Üzümü əməliyyat etdirmək istəyirəm. Üzümdə gel olub. Hələ də onun peşmanlığını çəkirəm. Bu yaxınlarda əməliyyat etdirəcəyəm". (Axşam.az)