Narkokuryerlik edən Yevlax sakini saxlanıldı
    • 1-04-2024, 08:30
    • 309

Narkokuryerlik edən Yevlax sakini saxlanıldı


Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  bildirilib ki, tədbirlər nəticəsində ondan 7 kiloqram tiryək, heroin, marixuana və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Samux RPŞ əməkdaşları cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.