Müddətli həqiqi hərbi xidmətə çağırış BAŞLAYIB
    • 1-04-2024, 10:32
    • 1 855

Müddətli həqiqi hərbi xidmətə çağırış BAŞLAYIB

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

Bu barədə News24.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.