-
- 17-01-2020, 16:31
- 1 709
Psixiatriyada istifadə olunan bəzi dərmanlar kardioloji fəsadlar YARADIR
"Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır".
News24.az xəbər verir ki, bunu "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi" mövzusuna həsr olunan elmi-praktiki konfransda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir: "Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular varsa, o dərmanları zamanında içməyəcək, müalicə rejiminə əməl etməyəcək ki, bunun da nəticəsi pis olacaq. Yaş artıqca həm psixi, həm də kardioloji problemlər daha da artır. Bütün dünyada olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır".
F.İsmayılov psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmağın mümkün olmadığını da bildirib:
"Biz psixi xəstələri qeydiyyata salmırıq, çünki bu konsitutsiyamıza ziddir. Mərkəzə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil. Psixi xəstəliklərin stiqmaları olur. Onlar psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun onların sonrakı fəaliyyətinə təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb ki, bu da müsbət haldır".
Afaq Mirayiq