-
- 19-10-2023, 11:59
- 165
Vətən müharibəsi dövründə ordumuzda fərarilik faktı olmayıb
Vətən müharibəsi dövründə rəşadətli ordumuzda bir dənə də olsun fərarilik faktı olmadı.
News24.az xəbər verir ki, bunu Azərbaycan Qadınlarının VI Qurultayında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
"Müharibədəki qələbədə canlarından keçən şəhid analarının, şəhid qadınlarının rolu təqdirəlayiqdir. Bu qadınlarımızın onları yüksək mənəvi keyfiyyətlərə malik şəkildə böyütdüklərinin göstəricisidir" - o qeyd edib.
Səbinə Əliyeva bildirib ki, müharibədən əziyyət çəkən, ən çox hüquqları pozulanlardan biri də qadınlardır:
"Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edib. Həmin dövrdə itkin düşən 4000-ə yaxın soydaşımızdan 267 nəfəri qadın olub. İtkin düşən şəxslərin taleyi ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsək də, təəssüf ki, cavab ala bilməmişik.".