Bu əşyalara toxunduqdan sonra ƏLLƏRİNİZİ MÜTLƏQ YUYUN! - SİYAHI
    • 27-04-2019, 12:16
    • 1 556

Bu əşyalara toxunduqdan sonra ƏLLƏRİNİZİ MÜTLƏQ YUYUN! - SİYAHI

Təbii ki, ayaqyoluna getdikdən sonra və yeməkdən əvvəl əllərimizi yumaq adət halını alıb. 

Lakin gün ərzində toxunduğumuz bəzi əşylarda olan bakteriyaların çoxluğu barədə məlumatsızıq. News24.az toxunduqdan sonra mütləq əllərimizi yumalı olduğumuz əşyaların siyahısını təqdim edir:

Pul

Gün ərzində kağız və dəmir pullardan istifadə edirik. Buna baxmayaraq, bakteriyaların məskəni olan pula toxunduqdan sonra nadir hallarda əlimizi yuyuruq. 

Tutacaqlar

Metrodakı tutacaqları gün ərzində bir dəfə dezinfeksiya edirlər. Amma düşünmək lazımdır ki, həmin tutacaqlara sadəcə 15 dəqiqə ərzində neçə nəfər toxunur. 

Heyvanlar

Pişik və itlər infeksiyanın yayılması üçün potensial təhlükə mənbəyidir. Mütəxəssislər hətta ev heyvanları ilə oynadıqdan sonra belə əllərinizi yumağı məsləhət görür.

Kafe və restoranlardakı menyular

Metrolardakı qapı və tutacaqlar dezinfeksiya olunduğunu halda kafe və restoranlardakı menyulara bunu etmək mümkün deyil. Düşünün ki, sizdən və sonra menyulara nə qədər adam toxunur. 

Smartfonlar

Telefonla danışdığınız halda onun ekranı üzünüzə toxunur. Bu isə onun üzərində olan bakteriyalarla bir başa əlaqə olmağınız deməkdir. Buna görə də telefonunuzu mümkün qədər antibakterial salfetlərlə təmizləyin. 

Maye sabunlar üçün qab

İctimai ayaqyollarında olan maye sabunu üçün olan qablar ən azı unitaz qədər çirklidir. Buna görə də əlinizi yuduqdan sonra çalışın heç bir əşyaya toxunmayın.