-
- 5-03-2020, 14:00
- 662
Koronavirus pul vasitəsilə keçə bilərmi?
Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva koronavirusun kağız pul vasitəsilə keçib-keçməməsinə münasibət bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının nağdsız ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil ediıməyib:"Ancaq biz bütün hallarda ÜST-nin tövsiyələrinə riayət etməyə çalışırıq. Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar".
Kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə münasibət bildirən Y.Qarayeva bildirib ki, əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir:"Biz dəfələrlə qeyd etmişik ki, koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır".
Cəlal Isayev isə əlavə edib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb:"Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur".
Afaq Mirayiq