Metroda maska taxmayanlar CƏRİMƏLƏNƏCƏK
    • 8-05-2020, 17:17
    • 797

Metroda maska taxmayanlar CƏRİMƏLƏNƏCƏK

“Karantindən öncə iş günlərində bir gün ərzində 800 min, şənbə günləri 600 min, bazar günü 450 min sərnişin daşınıb”.

News24.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib. 

O bildirib ki, il ərzində orta hesabla bir gün ərzində 650 min sərnişin daşınırdı: “Lakin yanvarda 39 milyon sərnişin daşınmaqla statistikada artım qeydə alınıb. Mart ayında isə daşınmalar azalıb, ümumi 12 milyon sərnişin daşınıb”. 

Sədr maska məsələsinə də aydınlıq gətirib: “Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək”.

Z. Hüseynov əlavə edib ki, metroda mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq: “Təmas olan yerlər, vestibüllər, tutacaqlar gündə 3 dəfə dezinfeksiya olunacaq”.