-
- 1-04-2024, 14:01
- 169
Dindarlar Trampı "topa tutdular"
ABŞ-ın keçmiş prezidenti Donald Trampın internetdə satdığı İncil dindar amerikalıların tənqidinə səbəb olub. Tramp dindən istifadə etməkdə günahlandırıldı və tənqid olundu.
News24.az xəbər verir ki,Tramp çərşənbə axşamı sosial media platforması Social Truth və Twitter-dəki paylaşımlarında izləyicilərindən İncil almağı xahiş edib.
Üz qabığında ABŞ bayrağı və "Allah ABŞ-ı qorusun" ifadəsinin yer aldığı İncillər bəzi xristianların tənqidinə səbəb olub.
Sosial media istifadəçiləri noyabr seçkilərində ABŞ prezidenti Co Baydenlə rəqabət aparacaq Trampın İncil satışını “təhrif” və “müqəddəs mətnə hörmətsizlik” kimi qiymətləndiriblər.
Günel Məlikzadə