Tramp "İncil" satışına başladı
    • 28-03-2024, 15:48
    • 105

Tramp "İncil" satışına başladı

Respublikaçıların aparıcı namizədi Donald Tramp noyabr ayında prezident seçkiləri öncəsi kampaniyasına dəstək olmaq üçün onlayn İncil kıtabını 60 dollara satmağa başlayıb.

News24.az xəbər verir ki, noyabrda keçiriləcək seçkilərlə ABŞ-da yenidən prezident kürsüsü uğrunda mübarizə aparan Donald Tramp ölkədə Pasxa bayramı öncəsi İncil satışına başlayıb. Tramp özünün Truth Social platformasında video yayımlayıb və tərəfdarlarını “Allah ABŞ-ı qorusun” yazısı olan İncil almağa dəvət edib.

Görüntülərdə Tramp, “Pasxa bayramlarına yaxınlaşdıqca, mən sizi “Allah ABŞ-ı qorusun İncil” kitabının bir nüsxəsini almağa dəvət edirəm” dedi. Tərəfdarlarını müqəddəs kitabı 59,99 dollara satan vebsayta yönlərdi. 

Günel Məlikzadə