İsti havalarda qış təkərləri qəza riskini artırır?
    • 1-04-2024, 20:00
    • 182

İsti havalarda qış təkərləri qəza riskini artırır?

Məlum olduğu kimi, nəqliyyat vasitəsində qəzaya səbəb olan ən mühüm amillərdən biri. "Təkər istifadəsidir. Mövsümə uyğun olmayan təkərlər qəzaya səbəb olur".

News24.az xəbər verir ki, Türkiyə Avtomobil Satıcıları Federasiyasının sədri Aydın Erkoç məsələ ilə bağlı bir sıra açıqlamalar verib.

Havaların isinməyə başladığı bu günlərdə "ənənəvi təkərlər" deyilən yay təkərlərinə keçmək lazım olduğunu bildirən Erkoç, "Təhlükəsiz sürmə, yanacaq qənaəti, performans və təkər ömrünü nəzərə alaraq, uyğun təkərlərdən istifadə etmək böyük əhəmiyyət kəsb edir" dedi. 

Erkoç, "Yay dövründə qış təkərləri köhnəlir və ömrü qısalır. Təhlükəsiz və rahat sürmək üçün hər mövsüm özünə uyğun təkərlərə üstünlük verilməlidir" deyə əlavə edib.

Təkər alarkən istehsal tarixlərinin yoxlanılması lazım olduğuna diqqət çəkən Erkoç, təkərlərin istifadə olunmasa belə, raf ömrünün bitmiş ola biləcəyini söylədi.

Erkoç, "Uzun müddət rəflərdə saxlanılan və istifadə müddəti bitmiş təkərlər xüsusiyyətlərini itirir və tarazlığı qorumur" dedi.

Günel Məlikzadə