Ticarət mərkəzinin döşəməsi qəfil çökdü - ANBAAN VİDEO
    • 1-04-2024, 20:45
    • 14 131

Ticarət mərkəzinin döşəməsi qəfil çökdü - ANBAAN VİDEO

Çinin Jiangsu əyalətinin Zhenjiang şəhərində bir qadın ticarət mərkəzində alış-veriş edərkən qəfildən mağazanın döşəməsi çöküb.

News24.az xəbər verir ki, qadın və mağazadakı məhsullar döşəmənin çökməsi nəticəsində yaranan çuxura düşüb. Mağazada olan başqa bir müştəri yıxılmaqdan çətinliklə yayındı.

Səlahiyyətlilərdən verilən açıqlamaya görə, baş verən hadisədə həmin vaxt aşağı mərtəbədə işləyən qadın və inşaat işçisi dağıntılar altında qalaraq yaralanıb.

Ticarət mərkəzinin rəhbərliyindən verilən açıqlamada yüngül xəsarət alan müştəri və işçinin xəstəxanaya aparıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə