Qadının başına "göydən" kişi düşdü - VİDEO
    • 18-10-2018, 15:21
    • 971

Qadının başına "göydən" kişi düşdü - VİDEO

Londonda, alış-veriş mərkəzində qorxulu hadisə baş verib.
Londonun Statford rayonundakı "Westfield Shopping Centre"də baş verən hadisə nəticəsində iki nəfər xəstəxanaya çatdırılıb.
"Westfield" ticarət mərkəzində yuxarı mərtəbədəki kişi aşağı mərtəbədəki qadının üstünə düşüb. Xoşbəxtlikdən onların ikisi də sağ qalıb.
Hadisə günorta saatlarında baş verib.
"Günorta saat 4-də "Westfield" ticarət mərkəzində baş verən hadisə ilə bağlı çağrı mərkəzinə məlumat daxil oldu. Hadisə yerinə iki ambulans göndərdik. Xəsarət alan iki nəfərə ilkin yardım göstərilərək xəstəxanaya çatdırıldı", - London Ambulance Service-in mətbuat katibi jurnalistlərə açıqlamasında söyləyib.
Qeyd edək ki, qadının vəziyyəti normal, kişininki isə ağırdır.
//milli.az