Türkiyədə daha bir mədən çökdü
    • 5-10-2023, 14:47
    • 151

Türkiyədə daha bir mədən çökdü

Türkiyənin paytaxtı Ankarada kömür mədəni çöküb.

News24.az xəbər verir ki, hadisə nəticəsində 15 işçi xəsarət alıb. Xəsarət alan işçilərdən üçünün vəziyyətinin ağır olduğu deyilir. 

Ankara valiliyindən verilən açıqlamada bildirilib ki, işçilər torpağın çökməsi nəticəsində yaranan hava təzyiqi nəticəsində xəsarət alıb:

"Beypazarı rayonunun Hırkatəpə məhəlləsindəki "K" kömür mədənində torpağın çökməsi nəticəsində yaranan hava təzyiqi nəticəsində təhlükəsiz zonada işləyən mədən işçilərimizdən 15 nəfər yüngül xəsarət alıb. 3 işçimiz isə müşahidə altındadır"./Cumhuriyyet/

Qumral