Məşhur aktyor dənizin altında çadır qurdu və azmış kimi… - FOTO - VİDEO
    • 1-08-2018, 11:46
    • 1 072

Məşhur aktyor dənizin altında çadır qurdu və azmış kimi… - FOTO - VİDEO

Maraqlı hadisə Türkiyədə yaşanıb.

News24.az xəbər verir ki, yerli seriallarda məşhurlaşan aktyor Burak Sevinç diqqət çəkən addım atıb. Belə ki, o, Muğlada dalğıc məktəbinin bir qrup peşəkarlarıyla dənizin 6 metr dərinliyində çadır qurub. Sevinç, çadır qurmaqla kifayətlənməyib. Çadırın önünə stul, çay və meyvə qabı da yerləşdirib. Tək çadırın qurulması 30 dəqiqə zaman alıb. Aktyor, bu addımından çox böyük zövq aldığını bildirib. 

Dənizin dibində çəkilən şəkillər görənlərdə təəccüb yaradıb.

Qeyd edək ki, məşhur aktyorun bu sahədə 5 illik professional təcrübəsi var.
 
Həmin görüntüləri sizə təqdim edirik:

Elvin Nüsrətoğlu