İslamafobiya REKORD həddə çatdı
    • 2-04-2024, 13:08
    • 239

İslamafobiya REKORD həddə çatdı

ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları müdafiə təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) müsəlmanlara, fələstinlilərə qarşı hücumlar və ayrı-seçkilik haqqında hesabatını dərc edib.

News24.az xəbər verir ki, 2023-cü ildə İsrail və HƏMAS arasındakı qarşıdurmalar nəticəsində artan islamafobiya və qərəzlərin təsiri ilə bu göstəricilər rekord həddə çatıb.

Hesabatda İslam əleyhinə şikayətlərin keçən illə müqayisədə 56 faiz artaraq 2023-cü ildə 8061-ə çatdığı və bunun 30 il əvvəl Amerika-İslam Münasibətləri Şurasının məlumatları qeyd etməyə başlamasından bəri ən yüksək səviyyə olduğu qeyd edilib. Bundan əlavə, hesabatda qeyd olunub ki, bu şikayətlərdən 3600-ü oktyabr-dekabr ayları arasında edilib.

Hesabatda, "İslamofobiyanın artmasının ilk səbəbi oktyabr ayında başlayan İsrail və Fələstin hadisələridir" ifadəsi işlədilib.

İslam əleyhinə şikayətlərin immiqrasiya və sığınacaq, məşğulluq ayrı-seçkiliyi, nifrət cinayətləri, təhsil ayrı-seçkiliyi sahələrində olduğu bildirildi.

Qeyd edək ki, insan haqları müdafiəçiləri oxşar şəkildə oktyabrın 7-dən bəri islamafobiya, Fələstinə müxalifət və antisemitizmin qlobal artdığını bildiriblər.

Günel Məlikzadə