-
- 2-04-2024, 22:00
- 452
Qəzzada atəşkəs
Misirin paytaxtı Qahirədə Qəzzada təcili atəşkəs və girov mübadiləsini müzakirə edən danışıqlar davam edir.
News24.az xəbər verir ki, İsrail nümayəndə heyəti tərəfindən HƏMAS rəsmilərinə yeni atəşkəs təklifi təqdim edilib. Tərəflərin bu gün Qahirədəki danışıqlardan qayıdacağı gözlənilir.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzzada atəşkəs və girovların azad edilməsini təklif edən layihənin hazırlandığını bildirib.
"Danışıqlar çərçivəsində Misirin faydalı vasitəçiliyi ilə HƏMAS-a təqdim olunacaq yenilənmiş təklif hazırlanıb", - ofis bildirib.
Bəyanata görə, İsrail HƏMAS-ın vasitəçilər ilə aydın razılığa gəlmək üçün daha da irəliləyəcəyini gözləyir.
Günel Məlikzadə