“Qəzzada atəşkəs olmayacaq” - İsrail rəsmisi
    • 23-10-2023, 15:26
    • 155

“Qəzzada atəşkəs olmayacaq” - İsrail rəsmisi

“Qəzzada atəşkəs olmayacaq”. 

News24.az xəbər verir ki, bunu yüksək rütbəli İsrail rəsmisi CNN-ə bildirib.

Bu açıqlama ABŞ və Qətərin HƏMAS tərəfindən saxlanılan 200-dən çox girovu azad etmək üçün danışıqlar aparmaq səylərindən sonra verilib.

İsrail və ABŞ bütün girovların “mümkün qədər tez” azad edilməsini istəyir. Rəsmi əlavə edib ki, “humanitar səylər HƏMAS-ı məhv etmək missiyasına təsir edə bilməz”.

“İsrail səlahiyyətliləri ABŞ-nin Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verilməsi tələbini qəbul edib, baxmayaraq ki, bu qərar İsraildə məlum deyildi”, - rəsmi vurğulayıb.

Akqabay