-
- 4-03-2024, 14:15
- 371
HƏMAS: "Biz atəşkəs üzərində işləyirik"
Adının açıqlanmasını istəməyən HƏMAS rəsmisi verdiyi açıqlamada, HƏMAS heyətinin Parisdəki danışıqlarda gündəmə gətirilən təkliflə bağlı Misirin paytaxtı Qahirəyə getdiyini, Misir və Qətər rəsmiləri ilə görüşlər keçirdiyini bildirib.
News24.az xəbər verir ki, HƏMAS-ın atəşkəs və İsrail əsgərlərinin bütün Qəzzadan çıxarılmasını təmin edəcək razılaşmanın əldə olunması üçün ciddi şəkildə çalışdığını qeyd edən rəsmi, razılaşmanın tarixinin müəyyən edilmədiyini bildirib.
Onu da qeyd edək ki, Misir mətbuatı bu gün İsrailin oktyabrın 7-dən hücumlarını davam etdirdiyi Qəzza zolağında atəşkəsin yaradılması üçün danışıqlarda iştirak edən tərəflərin Misirin paytaxtı Qahirəyə çatdığını açıqlayıb.
Günel Məlikzadə