Cessi Ceyin Bakı konsertində YAŞANANLAR - FOTOLAR
    • 28-04-2019, 00:46
    • 1 260

Cessi Ceyin Bakı konsertində YAŞANANLAR - FOTOLAR

"Formula 1" Azərbaycan Qran-prisinin 2-ci günü "Crystal Hall"da britaniyalı məşhur müğənni Cessi Ceyin konsert proqramı baş tutub.

News24.az xəbər verir ki, Formula yarışlarında ard-arda baş verən qəzalar səbəbi ilə yarışın vaxtı uzanıb. Buna görə də saat 21:00-da səgnəyə çıxmalı olan Cessi Cey sübənlərini təxminən 40 dəqiqə gözlədib.

Səhnəyə çıxan ifaçı bir-birinin ardınca mahnılarını səsləndirib, onu dinləməyə gələn tamaşaçılarla ünsiyyət qurub.

İfaçı həmkarı və həmyerlisi Sem Smitin Bakıya gələ bilməməsi mövzusuna da toxunub. O, ilk öncə S.Semit fanatlarından onun üçün alqış istəyib, daha sonra isə ifaçının onun ən yaxın dostu olduğunu açıqlayıb.

Cessi Cey səhnədən xanımlara da mesaj ünvanlamağı unutmayıb. Müğənni "Özüm kimi olduğum üçün fəxr edirəm. Mən qadınam və bununla qürür duyuram. Gözələm, ağıllıyam, özümdə olan hər şeyi sevirəm. Bütün qadınlar özləri ilə fəxr etməlidir" sözlərini deyib.

Konsertdə maraqlı məqam da yaşanıb C.Cey 9 yaşlı Mələk adında qızı səhnəyə dəvət edərək onunla məşhur "Price tag" mahnısından bir parça ifa edib.

Konsertdən olan görüntüləri yayımlayırıq:

Teymur MƏMMƏDOV
Foto: Vəli ŞÜKÜROV