Türkiyədə dəhşətli yanğın - 29 nəfər YANARAQ ÖLDÜ -YENİLƏNDİ
    • 3-04-2024, 11:41
    • 145

Türkiyədə dəhşətli yanğın - 29 nəfər YANARAQ ÖLDÜ -YENİLƏNDİ

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda baş verən yanğınla bağlı saxlanılanların sayı 9-a yüksəlib.

News24.az xəbər verir ki, 29 nəfərin öldüyü yanğında 8 nəfər saxlanılmışdı.

Saxlanılanlar Ş. Şehzade, C. Mehmet Memduh, Ş. İsmet, P. Arda Arman, A. Salim, E. Kahraman, A. Çağatay, E. Ercan, D. Fatma adlı şəxslərdir.

***

İstanbulun məşhur əyləncə məkanlarından biri olan "Masquerade Club"da dəhşətli yanğın baş verib.

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən klubda hadisəyə səbəb oksigen çəninin partlaması olub.  Təmir işləri aparılarkən səhnənin yanında partlayış olub. Partlayışdan sonra alov gecə klubunu bürüyüb. Həmin vaxt klubda və binada olanlar içəridə qalıblar. Hadisə nəticəsində 29 nəfər yanaraq ölüb. Həyatını itirənlər təmirdə çalışan işçilər olub. 

Qeyd edək ki, sözügedən klub daha əvvəl qarşıdurmalar və silahlı hücumlarla gündəmə gəlib. 

Qumral