-
- Dünən, 21:43
- 152
İlon Maskın trans qızı ölkəni tərk edir - səbəbi...
ABŞ-də yenidən prezident seçilən Donald Trampa böyük dəstək verən İlon Maskın trans qızı Vivian Jenna Wilson Trampın qələbəsindən sonra ABŞ-ni tərk etmək qərarına gəlib.
News24.az xəbər verir ki, 2022-ci ildən bəri atası ilə danışmayan və soyadını dəyişdirən 20 yaşlı Wilson Trampın seçkilərdəki qələbəsindən sonra sosial mediada paylaşdığı mesajda bu ifadələrdən istifadə edib: “Bir müddətdir ki, bu haqda düşünürdüm, amma dünən bəlli oldu ki, mən ABŞ-də özümə gələcək görmürəm”.
Gənc qadın Tramp vəzifədən getsə belə, ABŞ-də onun mentalitetinin qalib gələcəyini bildirərək, “Ona səs verənlər heç yerə getmir” deyib.
Qeyd edək ki, Maskın birinci həyat yoldaşı Justine Wilsondan olan qızı Vivian Jenna Wilson, cinsiyyət dəyişdirmə prosesini dəstəkləməyən atası ilə əlaqəsini kəsib.
Məryəm İlhamqızı