Dünyaca məşhur kosmetika nəhəngi iflas etdi
    • 8-11-2024, 22:42
    • 419

Dünyaca məşhur kosmetika nəhəngi iflas etdi

Kosmetika nəhəngi "The Body Shop" bu yaxınlarda rəsmi iflas üçün müraciət edib. Daha əvvəl İngiltərədə müflis olan məşhur kosmetika markası Niderlandda məhkəmə tərəfindən müflis elan edilib.

News24.az publika.az-a istinadən xəbər verir ki, iflas elanından sonra şirkətin Niderlanddakı mağazaları hələ bağlanmasa da, müəyyən xidmətlərin kəsildiyi bildirilir. Xüsusilə mağazalarda istifadə oluna bilən hədiyyə sertifikatlarının etibarsız olduğu açıqlanıb.

"The Body Shop"un iflası yalnız Niderland ilə məhdudlaşmır. 2023-cü ildə Böyük Britaniyada da iflas elan edildi və şirkətin Belçikadakı əməliyyatları ilə bağlı oxşar narahatlıqlar ifadə edildi. Pandemiyadan sonra çətin anlar yaşayan pərakəndə satış sektoru "The Body Shop"un iflası ilə daha bir zərbə aldı. İstehlakçı vərdişlərinin dəyişməsi, artan rəqabət və iqtisadi böhran şirkətin maliyyə çətinliklərini artıran amillərdəndir.