Məşhur müğənni sərvəti ilə
    • 3-04-2024, 11:48
    • 177

Məşhur müğənni sərvəti ilə "Dünya Milyarderlər Siyahısı"da

Məşhur amerikalı müğənni, 14 "Qremmi" mükafatının sahibi Teylor Svift Dünya Milyarderləri Siyahısına düşüb. 

News24.az xəbər verir ki, tanınmış müğənni builki milyarderlər siyahısında 1,1 milyard dollar sərvəti ilə 2545-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Blank Space, Cruel Summer, Shake It Off, Lover və You Belong With Me kimi mahnıları ilə 7-dən 70-ə qədər bir çox insanın heyranlığını qazanan məşhur müğənni Taylor Swift sosial mediada trend mövzusu olub. O bu gəliri musiqidən qazanan ilk şəxs olub.

Mehriban Mirzəzadə