Rusiyalı milyarderlər ötən il 6 mlrd. dollar itiriblər
    • 2-01-2019, 17:18
    • 1 486

Rusiyalı milyarderlər ötən il 6 mlrd. dollar itiriblər

Rusiyanın ən varlı şəxslərinin cəmi sərvəti 2018-ci il ərzində 5,915 mlrd. dollar azalıb.

Bu barədə "Bloomberg Milyarderlər İndeksi" xəbər verir.
Reytinq, ümumilikdə, dünyanın ən varlı 500 adamını əhatə edir. Rusiyadan həmin siyahıya 25 nəfər daxil edilib. Hesabat ilində öz sərvətini artırmaq yalnız 9 rus milyarderə qismət olub, qalan 16 nəfərin isə sərvəti azalıb.
Vladimir Potaninin sərvəti il ərzində 687 mln. dollar artaraq 19,6 mlrd. dollara çatıb. O, Rusiyalı milyarderlər arasında birinci yeri tutub. Siyahıda ikinci yerdə Leonid Mixelson yer alıb. Onun sərvəti ötən il ərzində 2,77 mlrd. dollar artaraq 19,4 mlrd. dollara yüksəlib. Bunadək Mixelson varlı ruslar siyahısında ardıcıl dörd ay birinci yerdə olub. Üçüncü yerdə isə il ərzində sərvətinin 146 mln. dollar azalmasına baxmayaraq, Vladimir Lisin yer alıb. Onun sərvəti ilin sonuna 17,9 mlrd. dollar dəyərləndirilib.
Daha sonra reytinqdə 17,4 mlrd. dollar sərvəti ilə Aleksey Mordaşov qərarlaşıb. Milyarder il ərzində 2,23 mlrd. dollar itirib. İlk beşliyi il ərzində sərvətini 3,45 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran “LUKoil” prezidenti Vahid Ələkbərov tamamlayıb. 

//Report