Mask yenidən dünyanın ən varlı adamı seçildi
    • 25-07-2023, 13:27
    • 349

Mask yenidən dünyanın ən varlı adamı seçildi

Amerikalı sahibkar İlon Mask yenidən Forbes-in ən zəngin insanlarının siyahısına başçılıq edir.

News24.az xəbər verir ki,onun sərvəti 242,4 milyard dollar qiymətləndirilir.

Planetin ən varlı adamları reytinqinin ikinci pilləsində Fransanın lüks mallar istehsalçısı LVMH (Moet Hennessy - Louis Vuitton ) şirkətinin sahibi Bernard Arnault qərarlaşıb , onun sərvəti 235,7 milyard dollardır. Sahibkar 2,8 milyard dollar itirdikdən sonra reytinqdə birinci yeri itirib.

Siyahıda üçüncü yerdə 151,5 milyard dollar sərvəti ilə Amazon- un qurucusu Ceff Bezos qərarlaşıb. İlk beşliyə həmçinin Oracle-ın yaradıcısı Larri Ellison (148,5 milyard) və Microsoft-un yaradıcısı Bill Qeyts (120,7 milyard) daxil olub.

Aydan