Babasının Laçındakı məzarını tapdı - Video
    • 3-04-2024, 12:00
    • 283

Babasının Laçındakı məzarını tapdı - Video

ABŞ-yə köçən keçmiş “Dəyirman” qrupunun üzvü Elmir Teymur babasının Laçında olan məzarının görüntüsünü paylaşıb. 

News24.az Axşam.az-a istinadla xəbər verir ki, 1983-cü ildə dünyasını dəyişən babası Məhərrəmov Cəlil Ələsgər oğlunun qəbrinin dağıdılmadığını bildirib. 

Elmir sözügedən görüntülərə "30 il işğal altında qaldıqdan sonra Laçında babamın qəbri bu gün salamat durur. Özümə ziyarət etməyə nəsib olsun" sözlərini deyib.  

Qeyd edək ki, Elmir uzun illərdir Amerikaya köçüb və orada yaşayır.