-
- 24-10-2023, 14:03
- 495
Çanaqqalada şəhid olduğu düşünülsə də məzarı... - 111 il sonra TAPILDI
İzmirdə yaşayan 68 yaşlı Əli Rıza Avcan adını daşıdığı babasının harada və necə öldüyünü öyrənmək üçün araşdırmalara başlayıb. Avcan Çanaqqalada şəhid olduğu güman edilən babasının məzarını 111 ildən sonra Ədirnədə tapıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Əli Rıza Avcan, "Çanaqqalada şəhid oldu" deyə düşündüyü babasının 1912-ci ildə nənəsi hamilə ikən Ədirnənin Süloğlu mahalına bağlı Geçkinli kəndindəki döyüşdə şəhid olduğunu öyrənib.
Bolqarıstan ordusu ilə döyüşərkən şəhid olan babasının 111 ildən sonra məzarına gələn ilk ailə üzvü olan Avcan duyğulu anlar yaşayıb.
Avcan, babasının necə bir insan olduğunu, hansı şəraitdə yaşadığını və harada öldüyünü öyrənmək üçün Balkan müharibələri ilə bağlı araşdırmalar apardığını bildirib. Babasının hekayəsini öyrənməkdən xoşbəxt olduğunu izah edən Avcan belə davam edib:
“O, qəhrəmandır. Balkan müharibəsi zamanı qaçmadı, fərarilik etmədi və Bolqarıstan ordusu ilə ilk qarşıdurmada şəhid oldu”-deyə, o fikirlərini sonlandırıb.
Ülkər Abdurahmanlı