-
- 3-04-2024, 13:23
- 175
Azərbaycanda ilk dəfə vergi ombudsmanı təyin edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.
News24.az xəbər verir ki, Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə ilk dəfə rəis təyin edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi ötən ilin sonu yaradılıb.
Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır. (APA)