-
- 21-02-2019, 12:42
- 948
Azərbaycanda vergi ombudsmanı nə vaxt fəaliyyətə başlayır?
Azərbaycanda vergi ombudsmanı institutunun formalaşdırılması, onun funksiya və səlahiyyətləri, habelə fəaliyyət mexanizmi ilə bağlı iş aparılır.
Vergilər Nazirliyindən news24.az-a verilən məlumata görə, vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə edəcək. Vergilər Nazirliyində Vergi Apelyasiya Şurası fəaliyyət göstərir, habelə 2018-ci ildə vergi şikayətlərinə baxılması işinə səmərəli nəzarət edilməsi məqsədilə yeni apelyasiya mexanizmi də yaradılıb.
Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək Azərbaycanda vergi ombudsmanı institutunun yaradılmasına dair qərar qəbul edib. Artıq bununla bağlı, vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb.
Nigar Məmmədli