"Merkuri Qoç retrosu" hansı bürclərə necə təsir edəcək?
    • 3-04-2024, 13:58
    • 738

"Merkuri Qoç retrosu" hansı bürclərə necə təsir edəcək?

Merkuri 2 aprel saat 01.14-də Qoç bürcündə retrograd hərəkətinə başladı. Merkuri retrograd ünsiyyətdə çaşqınlıq və anlaşılmazlıqlara səbəb ola bilər.

News24.az xəbər verir ki, Merkuri - Qoç dövrlərində biz daha qəzəbli, aqressiv, səbirsiz və impulsiv qərarlar verməyə meylli ola bilərik.

Merkuri retrogradı zamanı heç bir sövdələşmə, alqı-satqı əməliyyatları etməməyi və ya yeni sevgiyə başlamamağı məsləhət görürəm. Münasibətlər, tərəfdaşlıqlar və razılaşmalarla bağlı məsələlərdə gecikmələr, anlaşılmazlıqlarla qarşılaşa bilərik.

Qoç, Tərəzi, Xərçəng və Oğlaq bu Merkuri retrogradından ən çox təsirlənəcək. Merkuri tərəfindən idarə olunan Əkizlər və Qız bürcləri də uğurlu təsirlərə malikdir.

QOÇ: Psixi sağlamlığınız, düşüncələriniz və həyat fəlsəfənizlə bağlı yeni fikirlər qazanacağınız gündəmlər yaranacaq.

BUĞA: Sosial mühitiniz və gələcək hədəflərinizlə bağlı gündəmlər yaranacaq.

ƏKİZLƏR: İş həyatınız və maliyyə məsələlərinizlə bağlı yeni gündəmlər yaranacaq.

XƏRÇƏNG: Xaricilərlə bağlı məsələlər, inanclar və ali təhsillə bağlı bir çox gündəm yaranacaq.

ŞİR: Kredit, borc və miras məsələləri ilə bağlı gündəmlər olacaq.

QIZ BÜRCÜ: Tərəfdaşlıq, evlilik və ikitərəfli əlaqələrlə bağlı gündəmlər yaranacaq.

TƏRƏZİ: İş mühitiniz, sağlamlığınız və gündəlik fəaliyyətlərinizlə bağlı yeni gündəmlər yaranacaq.

 ƏQRƏB: Uşaqlar və ya eşq həyatı ilə bağlı bəzi gündəmlər yaranacaq.

OXATAN: Ailə, ev və yaşadığınız yerlə bağlı bir çox gündəm yaranacaq.

 OĞLAQ: Yaxın ətrafınızla münasibətləriniz və təhsil həyatınızla bağlı gündəmlər olacaq.

DOLÇA: Maliyyə məsələləri, ev, daşınmaz əmlak və torpaqla bağlı yeni gündəmlər yaranacaq.

 BALIQLAR: Daxili dünyanıza qayıdıb özünüzü dərk edəcəyiniz yerdə yeni gündəmlər yaranacaq.

Günel Məlikzadə