Avtomobilin əl əyləcini çəkməyi unutdu, gölə düşdü
    • 3-04-2024, 14:39
    • 103

Avtomobilin əl əyləcini çəkməyi unutdu, gölə düşdü

Dənizlidə Eşen gölünün sahilində avtomobilin əl əyləcini çəkməyi unudan gənclərin avtomobili gölə düşüb.

News24.az xəbər verir ki, ötən gecə Eşen gölünün sahilində oturan iki gənc avtomobillərinin əl əyləcini çəkməyi unudublar. Gölə doğru hərəkət edən nəqliyyat vasitəsi suya batıb.

Dənizli Böyükşəhər Bələdiyyəsi Xilasetmə Dairəsinə aid sualtı axtarış xilasetmə qrupları və Beyağaç şöbə müdiri səhər saatlarında hadisə yerinə gəlib.

Sualtı axtarış-xilasetmə qrupları evakuatorun köməyi ilə avtomobilə ilişən kəndir vasitəsilə onu göldən çıxarıb.

Günel Məlikzadə